Əsas ARKA-DA “SƏSSİZ ZAMAN” FİLMİNİN MONTAJI DAVAM EDİR

“SƏSSİZ ZAMAN” FİLMİNİN MONTAJI DAVAM EDİR

by editor

Azərbaycan Respublikasının Kino Agentliyinin elan etdiyi “post-prodakşn mərhələsində olan filmlərə dəstək müsabiqəsi”nin qaliblərindən biri olan “Səssiz zaman” adlı tammetrajlı bədii filmin montaj mərhələsi davam edir.

Film Birinci Qarabağ Müharibəsində xəsarət alaraq danışıq qabiliyyətini itirən əzgər Zaurla onun yolunu gözləyən lal-kar qız Aysel haqqındadır. Müharibədən sonra uzun müddət müalicə alaraq doğma kəndinə qayıdan Zaur sevgilisini də götürüb kənddən uzaqlaşmaq istəyir. Qız illərlə onun yolunu gözləyib. Oğlan isə ona qovuşmaq üçün çox maneələrdən keçib. Onların yeganə məqsədi var: Olduqları yerdən uzaqlaşıb haradasa xoşbəxt olmaq. Bu “haradasa” xoşbəxt olmaq məsələsi isə bir az müəmmalıdır. İllər keçib. Artıq İkinci Qarabağ Müharibəsi də arxada qalıb. Artıq məğlub əsgər Zaur qalib zabitdir. Amma onun həyatı alınmayıb. Çünki, o, Ayseli illər əvvəl itirib. Qələbədən sonra o öz şəhərinə qayıdır, amma Ayselin həyatda olduğuna inamı onu həyata bağlayan yeganə ümididir.

Filmin prodüseri və rejissoru Tahir Tahiroviç, ssenari müəllifi Ramil Ələkbərov, operatoru Remzi Mert Levent, montaj rejissoru Rza Əsgərov, bəstəkarı Azər Hacıəsgərli, kreativ prodüseri İradə Bağırzadədir. Filmdə əsas rollarda Zaur Manafov və Aysel Məmmədova çəkiliblər.

Filmin ilin sonuna qədər təhvil verilmısi nəzərdə tutulur.

Əlaqədar Yazılar