Əsas ARKA-DAAZƏRBAYCAN RESPUBLİKASININ KİNO AGENTLİYİ XARİCİ FİLMLƏRİN ÖLKƏMİZDƏ İSTEHSALI İLƏ BAĞLI GÖRÜŞ KEÇİRİB

AZƏRBAYCAN RESPUBLİKASININ KİNO AGENTLİYİ XARİCİ FİLMLƏRİN ÖLKƏMİZDƏ İSTEHSALI İLƏ BAĞLI GÖRÜŞ KEÇİRİB

by editor

Azərbaycan Respublikası Kino Agentliyi ölkə ərazisində xarici filmlərin istehsalının təşviqi məqsədilə aidiyyəti dövlət qurumları və yerli film sənayesi nümayəndələri ilə görüş keçirib.

Görüş zamanı Kino Agentliyinin baş direktoru Rəşad Əzizov bu istiqamətin inkişaf etdirilməsinin strateji əhəmiyyətini vurğulayıb. O, yerli və xarici istehsalçılar üçün yaradılan imkanlar barədə məlumat verərək bildirib ki, yaxın zamanlarda istifadəyə veriləcək filmcommission.gov.az portalı vasitəsilə prodüserlər dövlət dəstəyi alətlərindən daha operativ və şəffaf şəkildə faydalana biləcəklər.

Qeyd olunub ki, 29 may 2025-ci il tarixində Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ərazisində kinematoqrafiya əsərlərinin və digər audiovizual əsərlərin istehsalı ilə bağlı bəzi məsələlər haqqında” Sərəncam imzalayıb. Bu sənədin əsas məqsədi Azərbaycanı beynəlxalq film istehsalı üçün cəlbedici məkana çevirmək və yerli film sənayesinin potensialını artırmaqdır.

Azərbaycan Respublikası Kino Agentliyi bu sahədə beynəlxalq təcrübəyə əsaslanan islahatların davam etdirilməsi və ölkənin film məkanı kimi tanıdılması istiqamətində fəaliyyətini davam etdirir.

Əlaqədar Yazılar