Əsas ARKA-DA“XATİRƏLƏR SAHİLİNDƏ” FİLMİ ARTIQ YEKUNLAŞMAQ ÜZRƏDİR

“XATİRƏLƏR SAHİLİNDƏ” FİLMİ ARTIQ YEKUNLAŞMAQ ÜZRƏDİR

by editor

Xalq artisti, kinorejissor Yalçın Əfəndiyev haqqında sənədli filmin post-prodakşn mərhələsi tamamlanmaq üzrədir. Filmdə Xalq artisti, mərhum kinorejissor Eldar Quliyev, Xalq artisti, kinorejissor Oktay Mir-Qasım, Əməkdar incəsənət xadimi, mərhum kinorejissor Cəmil Fərəcov, Əməkdar incəsənət xadimi, ssenarist Nadejda İsmayılova, Əməkdar incəsənət xadimi, kinorejissor Cəmil Quliyev və başqaları çıxış edirlər.

Filmin ssenari müəllifi və rejissoru Kamran Qasımov, təsvir rejissorları Rafiq Əliyev və Arif Zeynalov, montaj rejissorları Elçin Şükürov, İlqar Şükürov, bəstəkarı Yaşar Baxış, maliyyə direktoru Sevinc Xəlilova, prodüseri Kamran Qasımovdur.

Xalq artisti Yalçın Əfəndiyev (1937-2019) Azərbaycan sənədli kinosunun inkişafında müstəsna xidmətləri olmuş kinematoqrafçılardandır. ‘’Xatirələr sahili’’ bədii, ‘’Naxışların yaddaşı’’, ‘’Yusif Məmmədəliyev’’, ‘’Səməd Vurğun’’, ‘’Qayıdacağına inanırdı’’ və s. sənədli filmlərin rejissoru olub. Yalçın Əfəndiyev daha çox Azərbaycan sənədli kinosunda elmi-kütləvi janrın inkişafına töhfələr verib.

Qeyd edək ki, “AzerNyuMedia” tərəfindən istehsal olunan “Xatirələr sahilində” sənədli filminin post-prodakşn mərhələsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən maliyyələşir. 

Əlaqədar Yazılar