Əsas ARKA-DACINEMA TALKS: “BİRGƏ İSTEHSAL VƏ DİSTRİBUSİYA” ADLI SESSİYA KEÇİRİLİB

CINEMA TALKS: “BİRGƏ İSTEHSAL VƏ DİSTRİBUSİYA” ADLI SESSİYA KEÇİRİLİB

by editor

Baku Cinema Breeze çərçivəsində 9 dekabr tarixində keçirilən “Birgə istehsal və distribusiya” adlı Cinema Talks sessiyası uğurla başa çatıb. Kinotənqidçi Hacı Səfərovun moderatorluğu ilə keçirilən paneldə Nasreddin Production şirkətinin və CineMastercard Kinoteatrlar Şəbəkəsinin rəhbəri Zaur Darabzadə, “TRT Sinema”nın müdiri Faruk Güven, “Səlahəddin Əyyubi” serialının quruluşçu rejissoru Sedat İnci, Ameli Entertainment Production rəhbəri Assel İris iştirak ediblər. Panelistlər öz peşəkar təcrübələrini bölüşərək həm regional, həm də qlobal kino bazarında tətbiq olunan modellərdən, onlayn yayım platformalarının kino sektoruna təsirindən, ölkələrin uğurlu birgə istehsal nümunələrindən bəhs edilib. Panel zamanı həm də beynəlxalq əməkdaşlıq imkanları, Azərbaycanla potensial tərəfdaşlıq istiqamətləri, birgə istehsalat prosesində diqqət tələb edən əsas məqamlar, eləcə də distribusiyanın uğurlu faktorları müzakirə olunub.

Əlaqədar Yazılar