Əsas ARKA-DA“CINEMA TALKS 2”: “FİLM İNKİŞAFI VƏ DÖVLƏT SƏVİYYƏSİNDƏ ƏMƏKDAŞLIQ PERSPEKTİVLƏRİ” ADLI SESSİYA BAŞ TUTUB

“CINEMA TALKS 2”: “FİLM İNKİŞAFI VƏ DÖVLƏT SƏVİYYƏSİNDƏ ƏMƏKDAŞLIQ PERSPEKTİVLƏRİ” ADLI SESSİYA BAŞ TUTUB

by editor

Baku Cinema Breeze çərçivəsində 9 dekabr tarixində “Film inkişafı və dövlət səviyyəsində əməkdaşlıq perspektivləri” adlı Cinema Talks sessiyası baş tutub. Sessiyada Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Səadət xanım Yusifova açılış nitqi ilə çıxış edib. Nitqdə Azərbaycan kinosunun son illərdə keçdiyi inkişaf yolu, dünya kinosuna adaptasiya prosesi və müasir film istehsalı prosesinə verilən töhfələrdən bəhs edilib. Ardınca Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədrinin müşaviri Zaur Qardaşov çıxış edib və Agentliyin kino sənayesində çıxış edən qurumlarla sıx əməkdaşlığından söz açıb. Kamran Qasımovun moderatorluğu ilə baş tutan sessiyada Azərbaycan Respublikasının Kino Agentliyinin baş direktoru Rəşad Əzizov, Türkiyə Kino Baş idarəsinin rəhbəri Birol Güven, Pakistan Rəqəmsal Media və Yayımlar idarəsinin direktoru Syeda Saira Raza, Gürcüstan Milli Kino Agentliyinin rəhbəri Mamuka Bliadze və Özbəkistan Kino Agentliyinin direktorunun müşaviri Sayfullo Rajabov iştirak ediblər. Panel spikerləri real təcrübələr, tətbiq olunan fəaliyyət modelləri və gələcək əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi apardılar.

Əlaqədar Yazılar