28 dekabr 2025-ci il tarixində “Xəzər” Universitetinin “Fikrət Əmirov konfrans-konsert mərkəzində” Azərbaycan Kino Akademiyasının “Qızıl Pəri” – 2025 kino və tv üzrə peşə mükafatlarının təqdimetmə mərasimi keçirilib.
“Qızıl Pəri” mükafatları
1. Ən yaxşı bədii film: “Həyat, deyəsən, gözəldir” – Vaqif Mustafayev – Azərbaycanfilm
2. Ən yaxşı rejissor işi: Asif Rüstəmov – “Mərmər soyuğu” – Azərbaycanfilm, BMM, İTV
3. Ən yaxşı prodüser: Orman Əliyev – “Tağıyev. Neft” – BMM
4. Ən yaxşı orijinal ssenari: Hilal Baydarov – “Səpələnmiş ölümlər arasında” – Ucqarfilm
5. Ən yaxşı təsvir rejissoru: Orxan Abbasov – “Həyat deyəsən gözəldir”, “Məryəm” – Azərbaycanfilm
6. Ən yaxşı rəssam işi: Səbuhi Atababayev – “Tağıyev. Neft” – BMM
7.Ən yaxşı orijinal musiqi: Azər Hacıəsgərli – “Məryəm” – Azərbaycanfilm
8. Ən yaxşı aktyor: Hikmət Rəhimov- “Həyat, deyəsən, gözəldir” – Azərbaycanfilm
9. Ən yaxsı aktrisa: Şəlalə Şahvələdqızı – “Əqrəb mövsümü” – İTV
10. Ən yaxşı tv serial: Əqrəb mövsümü – rejissor Emil Quliyev, prodüser Yalçın Verdiyev – İTV
11. Ən yaxşı debüt filmi: “Əlvida, Şmidt” – Əli-Səttar Quliyev – Mozalan
12. Ən yaxşı qısametrajlı bədii film: “Qız qalası” – Agamehdi Ağayev
13. Ən yaxşı sənədli film: “Silahdaşlar” – Nizami Abbas – Salnaməfilm
14. Ən yaxşı sənədli film (qısa) – “Şuşa, sən azadsan!” rejissor Cavidan Şərifov, prodüser Orman Əliyev – BMM, Salnaməfilm
15. Ən yaxşı rejissor işi (sənədli filmdə) – Fariz Əhmədov “Sonuncu” – Salnaməfilm, BMM
16. Ən yaxşı animasiya filmi: “Narqız” Məsud Pənahi – Pəri Film
17. Ən yaxşı TV filmi (bədii): “Sonuncu” – Ramiz Həsənoğlu – AzTV
18. Ən yaxşı TV filmi (sənədli): “Fəsillər” – Pərviz Həsənov – AzTV
19. Ən yaxşı qısa TV filmi (sənədli) – “Azıx mağarası” – Məzahir Həşimov – CBC
20. Ən yaxşı TV filmlərin rejissoru – Rövşən İsax – “Yuxu kimi” – ATV
21. Ən yaxşı montaj – Əsgər Rəhimov – “Həyat, deyəsən, gözəldir” – Azərbaycanfilm
22. Ən yaxşı geyim rəssamı – Vüsal Rəhimov – “Tağıyev. Neft” – BMM
23. Ən yaxşı qrim rəssamı – Adilə Fərruxova – “Həyat, deyəsən, gözəldir” – Azərbaycanfilm
24. Ən yaxşı səs rejissoru – Tariyel Həsənzadə – “Həyat, deyəsən, gözəldir” – Azərbaycanfilm
25. Ən yaxşı “Film portret” – “Millət naminə. Ə.K.bəy Mehmandarov” – Yavər Rzayev – Azərbaycanfilm
26. Ən yaxşı “Kino haqqında kino” – “Ocaqov dünyası” – İman Məcidov – Baku TV
27. Uşaqlar üçün ən yaxşı kinematoqrafik əsər – “Mən, Lalə, bir də Şerlok Holms” – Rüfət Şahbazov – KAC Media, İTV
28. Ən yaxşı tələbə işi (bədii) – “100 addım” – Şirin Əhmədov – ADMİU
29. Ən yaxşı tələbə işi (sənədli) – “Rənglərin kölgəsi” – Ataxan Əliyev – ADMİU
30. Ən yaxşı sosial reklam çarxı – “Vətənə məhəbbət” – Xanlar Ağayev – ATV
31. “Milli televiziyanın inkişafına verdiyi töhfələrə görə” jurnalist Qulu Məhərrəmli (Kinorejissorlar Gildiyasının İdarə Heyətinin qərarı ilə)
32. Milli kinonun inkişafına verdiyi töhfələrə görə yazıçı, ssenarist Anar Rzayev (Kinorejissorlar Gildiyasının İdarə Heyətinin qərarı ilə)
Təşkilat Komitəsinin Xüsusi Diplomları
1. “Soyuq günəş” film – rejissor Elşən Zeynallı, ssenarist və prodüser Sədaqət Kərimova – “Multikulturalizm və milli-mənəvi dəyərlərin uğurlu ekran həllinə görə” – Qatfarfilm
“Uğurlu yaradıcılıq axtarışlarına görə”
2. “Nəsir müəllimli illər” – Babək Abbaszadə – Aran Film;
3. “Sonuncu foto” – Türkan Hüseyn – Chinar Film;
4. “Balaş” – Sultan Abbasbəyli – AnimaCenter;
5. “Lampa” və “Salam torpaq” – Səbinə Haqverdiyeva – İTV
Kinorejissorlar Gildiyasının mətbuat xidməti






























