Əsas FOTOSESİYA“GECƏ-GECƏ” SERİALININ FİNAL FİLMİ: “BİR ZAMANLAR ABŞERONDA” ÇƏKİLİŞLƏRİ TAMAMLANDI

“GECƏ-GECƏ” SERİALININ FİNAL FİLMİ: “BİR ZAMANLAR ABŞERONDA” ÇƏKİLİŞLƏRİ TAMAMLANDI

by editor

“Gecə-Gecə” serialının final bölümü kimi nəzərdə tutulan “Bir zamanlar Abşeronda” adlı qısametrajlı filmin çəkiliş prosesi tamamlanıb. Komediya janrında ekranlaşdırılan layihənin ssenari müəllifi və baş prodüseri Əli Ucaldır. Filmin quruluşçu rejissoru Rüstəmzadə Elvin, quruluşçu operatoru isə Şahmar Səfəroğludur. Ekran əsərinin əsas rollarında Elvin İbra, Məmməd Məmmədov, Nihad Heybətov, digər rollarda Rasəf Mehdiyev, Nəsibə Eldarova, Midhət Aydın, Rauf Şahsuvarov və Əli Ucal çıxış edir. Çəkilişlər Bakının Buzovna və Keşlə qəsəbələrində aparılıb. Təxminən 25–30 dəqiqə davam edən filmin Novruz bayramına qədər Əli Ucalın rəsmi YouTube kanalında tamaşaçılara təqdim olunması planlaşdırılır.

Yaş həddi 12+ olan filmin süjeti sevdiyi qız tərəfindən elçiliyə gəlmədiyi təqdirdə başqa biri ilə evləndiriləcəyi ilə hədələnən Bəxtiyarın hekayəsi üzərində qurulub. Bu vəziyyətdən çıxış yolu axtaran Bəxtiyar dostu Aftandildən kömək istəyir və hadisələr bundan sonra onların birlikdə qurduqları planın ətrafında inkişaf edir.

Yaradıcı heyətdə səs rejissoru Nadir Mahmudov, icraçı prodüser Sadiq Şahbazov, ikinci rejissor və rəssam Telman Talıb, səs operatoru Emin Mahmudov, geyim üzrə rəssam və qrim ustası Aysu Aliz yer alır. Filmin rəng həlli Cavid Aslanova, montaj isə Ruslan Hümbətova məxsusdur.

Əlaqədar Yazılar