Rejissoru və prodüseri Rafiq Hacıyev, ssenari müəllifləri Kənan Yusifov və Rafiq Hacıyev olan
film bu il “Kyrgyzstan – Land of Short Films” festivalı çərçivəsində “Ən yaxşı rejissor” mükafatına layiq görülüb. “Oriondan sevgilərlə” Mədəniyyət Nazirliyi tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə “ROG VFX STUDİO” tərəfindən istehsal olunan olunub.
Film 15 il əvvəl qızını itirmiş çoban Akifin hekayəsindən bəhs edir. O, qızının yadplanetlilər tərəfindən qaçırıldığına inanır və illərlə astronomiya və fizika ilə məşğul olaraq səmaya siqnallar göndərir. Ümidini itirdiyi anda isə həyatını dəyişəcək gözlənilməz hadisə baş verir.
21-25 aprel tarixlərində Qırğızıstanda keçirilən bu festival MDB ölkələrindən qısametrajlı filmləri bir araya gətirərək gənc rejissorlar və müəllif işləri üçün beynəlxalq platforma rolunu oynayır.












