Əsas ARKA-DA“QARA-AĞ” ANİMASİYA FİLMİ BEYNƏLXALQ FESTİVALDA İŞTİRAK EDİR

“QARA-AĞ” ANİMASİYA FİLMİ BEYNƏLXALQ FESTİVALDA İŞTİRAK EDİR

by editor

11 yaşlı gənc istedad Kövsər Qurbanovanın “Qara-Ağ” (Black & White) qısametrajlı animasiya filmi Xorvatiyanın Varajdin şəhərində keçirilən 17-ci Beynəlxalq “VAFI-RAFI” Uşaq və Gənclərin Animasiya və Film Festivalının rəsmi proqramına seçilib.

Animasiya və uşaq kinosunun dəstəklənməsi Mədəniyyət Nazirliyi tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) fəaliyyətində prioritetlərdən biridir.

Məlumat üçün qeyd edək ki, ARKA tərəfindən prodüser Zeynəb Qurbanova və rejissor Kövsər Qurbanovanın festivalda iştirakı üçün səfər dəstəyi göstərilib.

Əlaqədar Yazılar