Beynəlxalq kino platformaları və inkişaf proqramları 2026 və 2027-ci illər üçün yeni müraciət çağırışları elan ediblər. Sənədli, bədii və animasiya filmləri üzərində çalışan rejissorlar, prodüserlər və layihə müəllifləri layihələrini inkişaf etdirmək, beynəlxalq ekspertlərlə işləmək və potensial tərəfdaşlarla əlaqələr qurmaq üçün müxtəlif proqramlara müraciət edə bilərlər. Kinoinfo.az həmin çağırışlar haqqında qısa məlumat və linkləri sizə təqdim edir.
DOK Leipzig Animation Lab 2026
Almaniyada keçirilən DOK Leipzig festivalı çərçivəsində təşkil olunan üç günlük Animation Lab proqramına müraciətlər qəbul edilir.
Kimlər müraciət edə bilər?
- İlk animasiya sənədli filmini hazırlayan rejissorlar;
- Animasiya sənayesinin beynəlxalq mühitini öyrənmək istəyən kino mütəxəssisləri;
- Peşəkar prodüserlər
Proqram haqqında
26–28 oktyabr 2026-cı il tarixlərində Leipzig şəhərində keçiriləcək laboratoriya iştirakçıları layihənin inkişafı, istehsal və yayım strategiyaları ilə bağlı təlimlərə cəlb edəcək. Proqram CEE Animation təşkilatı ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Təlimlər ingilis dilində keçiriləcək. Proqram qrup işləri, layihə təqdimatları, mühazirələr, fərdi ekspert görüşləri və şəbəkələşmə tədbirlərini əhatə edir. İştirakçılar həmçinin DOK Leipzig festivalının sənaye və animasiya proqramlarından yararlanmaq imkanı əldə edəcəklər. İştirak haqqı 275 avro təşkil edir. Bu məbləğə laboratoriya sessiyalarında iştirak, festival və sənaye proqramı üçün akkreditasiya daxildir.
Son müraciət tarixi 1 iyul 2026-cı ildir.
Close Up Development Program 2026–2027
Cənub-Qərbi Asiya və Şimali Afrika regionundan olan sənədli film müəllifləri üçün nəzərdə tutulmuş Close Up Development Program-a müraciətlər açıqdır.
Kimlər müraciət edə bilər?
- Cənub-Qərbi Asiya və Şimali Afrika ölkələrindən olan sənədli film rejissorları və layihə müəllifləri
Proqram haqqında
Tam maliyyələşdirilən proqram yaradıcılıq inkişafı, mentorluq və beynəlxalq sənaye nümayəndələrinə çıxış imkanları təqdim edir. Müraciət və iştirak üçün heç bir ödəniş tələb olunmur.
Seçilən iştirakçıların:
- Təhsil haqqı,
- Səyahət xərcləri,
- Yaşayış,
- Qidalanma xərcləri qarşılanır.
Proqram 2026-cı ilin dekabrından 2027-ci ilin iyun ayınadək davam edəcək və həm əyani seminarları, həm də onlayn mentorluq sessiyalarını əhatə edəcək. Proqramın sonunda iştirakçılar layihələrini beynəlxalq pitchinq forumunda təqdim edəcəklər.
Proqramın təqvim planı
- 6-13 dekabr 2026 -Afina, Yunanıstan
- 26 fevral – 6 mart 2027 – Onlayn seminar
- 2-9 iyun 2027 – Afina, Yunanıstan (Pitching Forum)
Son müraciət tarixi 3 iyul 2026-cı ildir.
Connecting Cottbus 2026 – cocoPITCH
Bədii tammetrajlı film layihələrini inkişaf mərhələsində təqdim etmək istəyən prodüser və layihə müəllifləri Connecting Cottbus bazarının cocoPITCH proqramına müraciət edə bilərlər.
Kimlər müraciət edə bilər?
- İnkişaf mərhələsində olan bədii tammetrajlı film layihələrinin müəllifləri və prodüserləri. Müraciət forması ingilis dilində doldurulmalı və əlavə materiallar təqdim edilməlidir. Layihə seçildiyi təqdirdə iştirak haqqı 150 avro təşkil edir.
Son müraciət tarixi 15 iyul 2026-cı ildir.
Connecting Cottbus 2026 – cocoWIP
İstehsal və ya post-produksiya mərhələsində olan bədii tammetrajlı filmlər üçün nəzərdə tutulmuş cocoWIP proqramına da müraciətlər qəbul edilir.
Kimlər müraciət edə bilər?
- Çəkiliş və ya post-produksiya mərhələsində olan bədii tammetrajlı film layihələrinin müəllifləri və prodüserləri.
Layihə seçildiyi təqdirdə iştirak haqqı 150 avro təşkil edir.
Son müraciət tarixi 21 avqust 2026-cı ildir.
Film layihələrini beynəlxalq səviyyədə inkişaf etdirmək, yeni tərəfdaşlar tapmaq və sənaye peşəkarları ilə əlaqələr qurmaq istəyən rejissorlar, prodüserlər və ssenaristlər bu proqramlara müraciət edə bilərlər.
Linklər: https://connecting-cottbus.de/submissions






