Əsas ARKA-DAAZƏRBAYCAN FİLMLƏRİ SAİMAA BEYNƏLXALQ FİLM FESTİVALININ PROQRAMINA DAXİL EDİLİB

AZƏRBAYCAN FİLMLƏRİ SAİMAA BEYNƏLXALQ FİLM FESTİVALININ PROQRAMINA DAXİL EDİLİB

by editor

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Kino Agentliyinin dəstəyi ilə istehsal olunmuş dörd film Finlandiyada keçiriləcək Saimaa Beynəlxalq Film Festivalının beynəlxalq proqramına daxil edilib. Festival çərçivəsində Azərbaycan istehsalı olan ekran əsərləri beynəlxalq auditoriyaya təqdim olunacaq.

Proqramda Nurlan Həsənlinin “Erkən hisslər”, Emin Əfəndiyevin “Tənha insanın monoloqu”, Seyran Mahmudoğlunun “Kür – Çaylar anası” və Rafiq Hacıyevin “Oriondan sevgilərlə” filmləri yer alıb.

Festival 11–16 avqust tarixlərində Finlandiyanın Cənubi Kareliya bölgəsində keçiriləcək. Festivala seçilən bütün filmlərin yaradıcı heyətlərinə uğurlar arzu edirik.

Əlaqədar Yazılar