Əsas ELANLARTÜRKAN HÜSEYNDƏN BEYNƏLXALQ UĞUR: “XATIRLADIĞINI EŞİT” FİLM LAYİHƏSİ HUBERT BALS FUND YOLUNDA

TÜRKAN HÜSEYNDƏN BEYNƏLXALQ UĞUR: “XATIRLADIĞINI EŞİT” FİLM LAYİHƏSİ HUBERT BALS FUND YOLUNDA

by editor

Rejissor Türkan Hüseyn “Hubert Bals Fund”un “2026 Development Support” proqramının qalibləri arasında yer alıb. Onun Azərbaycan və Türkiyə istehsalı olan yeni bədii film layihəsi “Xatırladığını eşit” (Hear what you remember) nüfuzlu fond tərəfindən inkişaf dəstəyi almağa layiq görülən 20 layihədən biri seçilib.

Filmin süjetinə görə, bir qadın qətl işi üzrə məhkəmədə əsas şahid kimi çıxış etmək üçün yaddaşında basdırılmış bir xatirəni yenidən qurmağa çalışır. Lakin o, həqiqətin öz versiyasını formalaşdırmaq istəyən və ona təsir göstərməyə çalışan manipulyativ qüvvələrə qarşı mübarizə aparmalı olur.

Rotterdam Beynəlxalq Film Festivalının (IFFR) nəzdində fəaliyyət göstərən Hubert Bals Fund xüsusilə müstəqil və müəllif kinosunu dəstəkləyən nüfuzlu beynəlxalq fondlardan biridir. 2026-cı il seçimində Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya regionuna xüsusi diqqət ayrılıb və Türkan Hüseynin layihəsi də bu istiqamət üzrə seçilən filmlər arasında yer alıb.

Layihə daha əvvəl Fransa İnstitutunun CNC ilə birgə Kann şəhərində keçirilən Türkiyə və Qafqaz üzrə film layihələrinin pitçinqi və Torino film laboratoriyasında iştirak edib.

Rejissor və ssenari müəllifi: Türkan Hüseyn

Produser: Emil Nəcəfov

Ko-produserlər: Kəmalə İsrafilova, Fəxriyyə İsmayilova (Parda Film – Türkiyə)

Əlaqədar Yazılar