Əsas ARKA-DAQISAMETRAJLI ANİMASİYA LAYİHƏSİ OLAN STUDİYALARIN NƏZƏRİNƏ!

QISAMETRAJLI ANİMASİYA LAYİHƏSİ OLAN STUDİYALARIN NƏZƏRİNƏ!

by editor

24-28 noyabr tarixlərində İstanbulda baş tutacaq 3-cü Beynəlxalq Qara Dəniz Animasiya Emalatxanasına (Black Sea Animation Workshop 2026)** qeydiyyat davam edir! Ən sevindirici hal isə odur ki, bu il Azərbaycan xüsusi “Qonaq ölkə” statusundadır.

Bu intensiv proqramda seçilmiş 10 layihənin komandası beynəlxalq ekspertlərin mentorluğu ilə ssenari, bədii rəhbərlik və koprodüksiya istiqamətində layihələrini inkişaf etdirmək şansı qazanacaqlar. Fərqlənən layihələr MIFA Annecy 2027-də (Fransa) layihənin təqdimatı, Fransada “NEF Animation” və CNC rezidensiya proqramlarında iştirak, CEE Animation Forum 2027-də iştiraka dəstək əldə edəcəklər.

🗓 Son müraciət tarixi: 11 sentyabr

🔗Qeydiyyat üçün link: [https://forms.gle/fRbbiz9KuxP3Y2xPA]

(İştirak ödənişsizdir. Emalatxananın işçi dili ingilis dilidir).

Layihənizi beynəlxalq müstəviyə daşımaq və qlobal animasiya sənayesi ilə əlaqələr qurmaq üçün bu fürsəti qaçırmayın!

Əlaqədar Yazılar