Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və tabeliyində olan Kino Agentliyinin dəstəyi ilə “SFN” Prodakşn və “Animafilm” şirkətləri 12–15 oktyabr tarixlərində Fransanın Kann şəhərində keçirilən “MIPCOM” beynəlxalq audiovizual məzmun bazarında ölkəmizi təmsil ediblər. Dünyanın aparıcı televiziya və audiovizual məzmun bazarlarından biri olan “MIPCOM” hər il müxtəlif ölkələrdən televiziya kanallarını, yayım platformalarını, prodüserləri, distribütorları və digər sənaye nümayəndələrini bir araya gətirir.
Tədbir beynəlxalq əməkdaşlığın inkişafı, audiovizual layihələrin təqdimatı və yeni biznes əlaqələrinin qurulması üçün mühüm platforma rolunu oynayır.