Əsas ÜMUMİ PLANDATƏDBİRLƏR “ANA” FİLMİNİN TƏQDİMATI KEÇİRİLƏCƏK

“ANA” FİLMİNİN TƏQDİMATI KEÇİRİLƏCƏK

by editor

Yanvar ayının 18-də saat 19.00-da Park Cinema (Park Bulvar) kinoteatrında “Ana” qısametrajlı bədii filminin təqdimat mərasimi keçiriləcək.

Xalq yazıçısı Gülhüseyn Hüseynoğlunun eyni adlı hekayəsinin motivləri əsasında çəkilən film oğlunun müharibədən geri qayıtmasını gözləyən ana haqqındadır. Yaradıcı heyət filmi şəhid analarına ithaf edib.

Filmin layihə rəhbəri yazıçının övladı Toğrul Abdullayevdir.

Filmin baş prodüseri Yaşar Əhmədov, prodüseri Sadiq Şahbazov, baş redaktoru İlqar Fəhmi, quruluşçu rejissoru Vüsal Məmmədov, ssenari müəllifi Jalə Novruz, quruluşçu operatoru Mehdi Yaqubov, quruluşçu rəssamı Atəş Əzizov, ikinci rejissoru Vüsalı Tağıdır.. Filmdə əsas rolları Gülər Nəbiyeva, Firəngiz Babayeva, İlqar Musayev ifa edir.

Film Metaflix platformasının texniki dəstəyi ilə Xızının Altıağac qəsəbəsində çəkilib.

Əlaqədar Yazılar