Əsas ÜMUMİ PLANDAFESTİVALLAR “ARXA CƏBHƏNİN İNSANLARI” SSENARİ MÜSABİQƏSİNİN QALİBLƏRİ KİNO GÜNÜNDƏ MÜKAFATLANDIRLIB

“ARXA CƏBHƏNİN İNSANLARI” SSENARİ MÜSABİQƏSİNİN QALİBLƏRİ KİNO GÜNÜNDƏ MÜKAFATLANDIRLIB

by editor

Azərbaycan Kinematoqrafçılar İttifaqının 2024-cü il yanvarın 31-də elan etdiyi “Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenarisi müsabiqəsinin qalibləri mükafatlandırılıb. Mükafatlar qaliblərə Azərbaycan kinosu günündə Nizami Kino Mərkəzində təqdim olunub.

Müsabiqəyə ümumilikdə 50 ssenari qəbul olunub.

Ssenarist, pedaqoq Nadir Bədəlov, kinorejissor Vaqif Azəryar, rejissor, prodüser Əli İsa Cabbarov, ssenarist, təlimçi Pərviz Məmmədov, kinoşünas Sevda Sultanovadan ibarət münsif heyətinin qərarı ilə birinci və ikinci yer üçün qalib ssenari təltif edilməyib, dörd ssenari üçüncü yerin qalibi elan edilib:

“Qısa paslar, uzun peşmanlıqlar” – Hacı Səfərov

“Əsgər çəkmələri” – Leyla Nəsibli

“Köhnə soba” – Asif Qəhrəmanov

“Tarla qızları” – Elxan Xanəlizadə

Mükafatlar qaiblərə münsiflər heyətininn sədri Nadir Bədəlov tərəfindən təqdim edilib. Qalib ssenarilərstlərin hər birinə üçüncü yer üçün müəyyən edilmiş 1000 AZN məbləğində mükafat verilib.

Müsabiqə üçün məhz bu mövzunun seçilməsində əsas məqsəd Vətən müharibəsində arxa cəbhədə olan sadə insanın həyatında müharibənin əks-sədasını göstərmək, qazanılan qələbədə onların oynadığı rolun böyüklüyünü tarixə həkk etməkdir.

Əlaqədar Yazılar