Əsas TV-DƏ AZƏRBAYCANLI AKTYORLAR RUSİYA İSTEHSALI OLAN SERİALDA ÇƏKİLİBLƏR

AZƏRBAYCANLI AKTYORLAR RUSİYA İSTEHSALI OLAN SERİALDA ÇƏKİLİBLƏR

by editor

Rusiyanın “Domaşni” federal telekanalında fevralın 19-dan “Ərik acısı” (Абрикосовая горечь) serialının nümayişinə start veriləcək.

AZƏRTAC xəbər verir ki, filmdə azərbaycanlı aktyorlar Rüstəm Cəbrayılov, Hüsniyyə Mürvətova və Fuad Şabanov çəkiliblər.

Serial Tatyana İzosimovanın ssenarisi əsasında rejissor Aleksandr Moxov tərəfindən çəkilib.

4 seriyadan ibarət olan filmin məzmununa görə, Anna ürək köçürməsi ilə bağlı türk klinikasına müraciət edir. Baş həkim Camal Annaya bir gün əvvəl qəzada həlak olmuş öz həyat yoldaşının ürəyini köçürmək qərarına gəlir. Bu arada Camalın oğlu evdən qaçaraq anasının ölümündə atasını günahlandırır. Annanın ana qəlbi oğlunu harada axtarmağı “bilir”.

MƏNBƏ: AzərTAC

Əlaqədar Yazılar