94
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2022-ci ildə keçirilmiş “Tammetrajlı bədii film layihələrinə dəstək 2022” film layihələri müsabiqəsinin qalib layihələrinin maliyyələşdirilməsi işləri müvafiq qaydada Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində həll edilib.
Mədəniyyət nazirinin əmri ilə nazirliyin 2022-ci ildən qalmış borcunun Azərbaycan Respublikası Kino Agentliyi tərəfindən ödənilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müvafiq məktub göndərilib.
Bildirilir ki, Mədəniyyət Nazirliyi yaranmış bütün borcları qanunamüvafiq qaydada ödəyəcək.