Azərbaycan Respublikası Kino Agentliyinin şöbə müdiri Murad Şükürlü Real FM-in “Cinema Radio” verilişinə müsahibə verib. Müsahibədə bildirdiyinə görə, bu ilin may ayında Fransada keçiriləcək 77-ci Kann Beynəlxalq Film Festivalının film marketi “Marche du Film”-də Azərbaycanı ARKA və Mədəniyyət nazirliyi birlikdə təmsil edəcək. Festivalda Azərbaycan pavilyonu açılacaq. Həmin pavilyonda Azərbaycan öz imkanlarını təqdim edəcək.
Murad Şükürlünün bildirdiyinə görə, ölkəmiz 2010-cu illərdə (red: 2011-2016-cı illər) Azərbaycan Kann Film Festivalında iştirak edib. Bu tipli pavilyonlar ölkələr tərəfindən festival təşkilatçılarından icarəyə götürülür. Orada kinematoqrafçılar öz film layihələrini təqdim edir, birgə istehsalat üçün əlaqələr qurmağa çalışırlar.