Əsas ARKA-DA“SÜKUT İÇİNDƏ ADDIMLAR” FİLMİ MÜKAFAT ALDI!

“SÜKUT İÇİNDƏ ADDIMLAR” FİLMİ MÜKAFAT ALDI!

by editor

Bakı Media Mərkəzinin istehsalı olan, rejissor Fariz Əhmədovun “Sükut içində addımlar” adlı tammetrajlı sənədli filminin Avropanın ən qədim kino tədbirlərindən biri sayılan 66-cı Krakov Film Festivalının müsabiqəsində dünya premyerası baş tutub. Festivalın “Milli müsabiqə” bölməsində yarışan film “Ən yaxşı təsvir rejissoru” mükafatı əldə edib.

Polşa Təsvir Rejissorları Cəmiyyətinin təqdim etdiyi və mPupil.pl tətbiqinin yaradıcısı InfoCenter tərəfindən maliyyələşdirilən “Ən yaxşı təsvir” üçün 5000 PLN məbləğində mükafat “Sükut içində addımlar” filminə görə Mateş Çixnovskiyə təqdim edilib.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, ARKA və Polşa Kino İnstitutunun maliyyə dəstəyi ilə Bakı Media Mərkəzi, Drygas Film Production və Polşa Televiziyası (TVP) tərəfindən birgə istehsal oluan filmin baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva, ko-prodüseri Vita Jelakeviçut (Polşa), prodüseri Orman Əliyev, ssenari müəllifləri Fariz Əhmədov və İsmayıl İman, quruluşçu operatoru Mateuş Çuxnovskidir. Festival həm “Oskar” mükafatı, həm də Avropa Film Akademiyası üçün kvalifikasiya xarakteri daşıyır.

Festivalda filmin prodüseri Orman Əliyev, icraçı prodüserləri Nəzrin Qaracayeva və Cəmilə Qəhrəmanova, rejissoru Fariz Əhmədov, quruluşçu operatoru Mateuş Çuxnovski iştirak ediblər.

Fariz Əhmədovun və Cəmilə Qəhrəmanovanın festivalda iştirak xərcləri Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) tərəfindən dəstəklənib.

Əlaqədar Yazılar