Əsas İRİ PLANDAFOTOSESİYA BESTSELLER ROMAN ƏSASINDA SERİAL ÇƏKİLİR: “BU ŞƏHƏRDƏ KİMSƏ YOXDUR” + FOTOSESSİYA

BESTSELLER ROMAN ƏSASINDA SERİAL ÇƏKİLİR: “BU ŞƏHƏRDƏ KİMSƏ YOXDUR” + FOTOSESSİYA

by editor

Yazıçı Rövşən Abdullaoğlunun “Bu şəhərdə kimsə yoxdur” romanının və hələ çap olunmamış yeni romanının motivləri əsasında ssenarisini yazdığı eyni adlı serial fevral ayında Xəzər televiziyasında yayımlanacaq. Serial iki mövsümdən – ilkin mərhələdə 24, ikinci mərhələdə isə 16 bölümdən ibarət olmaqla ümumi 40 seriyadan barət olacaq. Psixoloji dram və triller janrlarında olacaq serialın baş prodüseri Amiran Babayev, quruluşcu rejissoru Rüfət Şahbazovdur.

Serialda əsas rolları Xalq artisti Qurban İsmayılov, Əməkdar artistlər Firdovsi Atakişiyev və Rasim Cəfər, aktyorlar İbrahim Çingiz, Əlibəy Məmmədli, Kamil Nazim, aktrisalar Zülfiyyə Qurbanova, Aydan Axundzadə, Ləman Mərrih və digərləri canlandırırlar.

“Bu şəhərdə kimsə yoxdur” serialı “Qədim Qala” nəşriyyatı, Xəzər televiziyası və KAC Qrup Medianın birgə layihəsidir.

Əlaqədar Yazılar