Əsas ARKA-DA ÇƏKİLİŞ MƏKANLARI ÜÇÜN İCAZƏLƏRİN ELEKTRONLAŞDIRILMASI GƏLƏN İL HƏLL OLUNACAQ

ÇƏKİLİŞ MƏKANLARI ÜÇÜN İCAZƏLƏRİN ELEKTRONLAŞDIRILMASI GƏLƏN İL HƏLL OLUNACAQ

by editor

Rejissorların film çəkilişi zamanı qarşılaşdıqları ən böyük problemlərdən biri məkanla bağlı icazədir. Çünki çəkiliş məkanı ilə bağlı icazəni sadəcə vahid bir qurumdan almaq mümkün deyil. Bu problem film istehsalını gecikdirdiyinə, kinematoqrafçıların yaradıcılığına mane olduğuna görə sözügedən problemin aradan qaldırılması üçün elektronlaşdırılması təklif olunub.

Azərbaycan Respublikası Kino Agentliyinin şöbə müdiri Murad Şükürlü Real FM-in “Cinema Radio” verilişində bu problemin gələn il həll olunacağını bildirib. O, məkanla bağlı icazənin tək bir mərkəzi icra hakimiyyəti orqanı tərəfindən təyin edilmədiyi üçün qurumlararası əlaqənin yaradılması və birgə əməkdaşlıq çərçivəsində reallaşmasının nəzərdə tutulacağını vurğulayıb.

Əlaqədar Yazılar