Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə çəkilmiş “Danışır və göstərir Şuşa” filmi 23 oktyabr 2025-ci il tarixində saat 15:00-da Nizami Kino Mərkəzində tamaşaçılara təqdim ediləcək.
Filmlərin nümayişində məqsəd Vətən müharibəsinin tarixi əhəmiyyətini, xalqımızın qəhrəmanlıq salnaməsini, həmçinin işğaldan azad edilmiş torpaqlarda aparılan bərpa və quruculuq prosesini ictimaiyyətə çatdırmaqdır.
İkinci Qarabağ müharibəsi mövzusuna həsr edilmiş silsilə filmlər Vətən müharibəsinin tarixi əhəmiyyətini, xalqımızın mübariz və qəhrəman ruhunu əks etdirir. Eyni zamanda, işğaldan azad olunmuş torpaqlarımızda həyata keçirilən bərpa və quruculuq işlərini də tamaşaçıya çatdırır. Bu nümayişlər Vətən müharibəsindəki qələbəmizin 5 illiyinə həsr olunur.
Giriş sərbəstdir.
Proqram
Tənha insanın monoloqu – 02.10.2025 | 15:00
Torpağı sanı yaşayasan – 09.10.2025 | 15:00
Hadrut, sən azadsan! – 16.10.2025 | 12:00
Danışır və göstərir Şuşa – 23.10.2025 | 15:00
Qayıdış – 30.10.2025 | 15:00
Müharibənin gözləri – 06.11.2025 | 15:00

