Əsas İRİ PLANDA EMİL QULİYEV: ““ƏQRƏB MÖVSÜMÜ”NÜN İKİNCİ HİSSƏSİ PLANDA YOX İDİ”

EMİL QULİYEV: ““ƏQRƏB MÖVSÜMÜ”NÜN İKİNCİ HİSSƏSİ PLANDA YOX İDİ”

by editor

İctimai televiziyada yayımlanan və səs-küy yaradan “Əqrəb mövsümü” serialının ikinci hissəsinin çəkilişləri davam edir. Serialın rejissoru Emil Quliyev serialın ikinci hissəsinin çəkilməsinin planda olmadığını deyir. “Lakin tamaşaçılar tərəfindən bəyənildiyinə görə İctimai TV-nin rəhbərliyi ikinci hissənin çəkilməsi üçün sifariş verdi. Beləliklə, Azər Aydəmir ssenarini yazdı. Ancaq bu dəfə ssenari əvvəlkindən fərqli olaraq kitabın motivləri əsasında deyil, real hadisələr əsasında yazılıb”.

“Əqrəb mövsümü” serialının çəkilişləri beş ay davam edən hazırlıqlardan sonra baş tutub. Hazırda çəkilişlər davam edir və son çəkiliş planı 2024-cü ilin 23 yanvar tarixinədək davam edəcək.

Rejissor deyir ki, ikinci mövsümdə serialın qəhrəmanlarından, prokurorluq işçiləri və polis əməkdaşlarından başqa demək olar ki, hamısı dəyişib.

12 bölümlük serialın 2024-cü ilin payız aylarında efirə verilməsi planlaşdırılır.

Əlaqədar Yazılar