Əsas ARKA-DA “ERKƏN HİSSLƏR”ÇƏKİLİR + FOTOSESSİYA + VİDEO

“ERKƏN HİSSLƏR”ÇƏKİLİR + FOTOSESSİYA + VİDEO

by editor

Rejissor Nurlan Həsənli ssenarisini yazdığı “Erkən hisslər” adlı qısametrajlı bədii filminin çəkilişlərinə başlayıb. 20 dəqiqə xronometrajı olan film qara komediya janrındadır.

Film Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən 2023-cü ildə elan olunmuş ”Dövlət sifarişi və dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsi”nin qaliblərindən biridir. ”Rental Azərbaycan” MMC tərəfindən istehsal olunan filmin büdcəsi 59.700 manat, prodüseri Emil Nəcəfovdur.

Filmin mövzusuna əsasən, 11 yaşlı uşaq qonşusunun vəfatıyla qarşılaşdığı ilk ölüm hadisəsini anlamağa çalışarkən dəfn mərasiminə gəlmiş bir qızın diqqətini çəkmək üçün qonşu uşaqlarla yarışır.

2025-ci ildə geniş tamaşaçı qarşısına çıxacaq filmin operatoru Daniel Quliyev, rəssamı Erturan Məmmədov, icraçı prodüseri Elməddin Alıyev, ikinci rejissoru isə Asif İsgəndərlidir. Filmdə əsas rolu Şəfi Sadiq ifa edir. Digər uşaq rollarında isə ”Oyuq” teatr studiyasının aktyorları çəkilirlər.

Qeyd edək ki, Nurlan Həsənlinin ”Erkən hisslər” film layihəsi bir neçə müsabiqədə iştirak edib:

– İstanbul Film Festivalı “Köprüde Buluşmalar” (2024)

– Dövlət sifarişi və dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsinin qalibi (2023)

– “Azərbaycanfilm” kinostudiyasının “Debüt filmləri müsabiqəsi”nin qalibi (2023)

– Sarayevo Talant Ssenari Modulu (2022)

Əlaqədar Yazılar