Əsas ÜMUMİ PLANDAFESTİVALLAR FİLMİMİZ KANN FESTİVALININ MÜSABİQƏSİNƏ SEÇİLİB

FİLMİMİZ KANN FESTİVALININ MÜSABİQƏSİNƏ SEÇİLİB

by editor

Rejissor Azər Quliyevin “Sanki yoxsan” adlı qısametrajlı bədii filmi 77-ci Kann Film Festivalının Qısametrajlı filmlər müsabiqəsinə seçilən 11 filmdən biridir. 4420 film arasından seçilən müsabiqə filmləri 10 ölkəni təmsil edir: Azərbaycan, Bolqarıstan, Braziliya, Çin, Fransa, Xorvatiya, Kanada, Kosovo, Litva, Protuqaliya və ABŞ.

Filmin rejissoru Azər Quliyev, Ko-prodüseri Əli-Səttar Quliyevdir.

Qeyd edək ki, müstəqil Azərbaycanın tarixində ilk dəfə 2014-cü ildə “Sonuncu” adlı qısametrajlı filmlə (rejissor Sergey Pikalov) festivalın müsabiqə bölməsində iştirak etmişik. Bu, bizim ikinci iştirakımızdır.

Builki festivalın mükafatlandırma mərasimi 25 may tarixində keçiriləcək. Yaradıcı heyətə uğur diləyirik!

Əlaqədar Yazılar