Əsas ARKA-DA “KAPİTAN VƏ XƏZƏR DƏNİZİ” FİLMİNİN ARKA TƏRƏFİNDƏN MALİYYƏLƏŞMƏSİNƏ BAŞLANILIB

“KAPİTAN VƏ XƏZƏR DƏNİZİ” FİLMİNİN ARKA TƏRƏFİNDƏN MALİYYƏLƏŞMƏSİNƏ BAŞLANILIB

by editor

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən keçirilən “Film layihələri müsabiqəsi”nin qaliblərindən biri – “Kapitan və Xəzər dənizi” filminin maliyyələşməsinə başlanılıb.

“Rental Azərbaycan” şirkətinin layihəsi olan “Kapitan və Xəzər dənizi” filmi 1990-cı ilin 20 yanvar tarixində baş vermiş hadisələri işıqlandırır. 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Sovet qoşunu Azərbaycanın paytaxtı Bakı şəhərinə soxularaq dinc əhaliyə qarşı qırğın törətmişdi. Həmin gecə Xəzər Neft Donanmasının gəmilərinin radio operatorları informasiya blokadasını qıraraq Sovet qoşunlarının Bakıya yeridilməsi barədə dünyaya məlumat verirlər. 102 mülki gəmi Sovet hərbi gəmilərinin Bakıya yaxınlaşmasının qarşısını almaq üçün Bakı buxtasını blok edirlər. Azərbaycan mülki gəmilərinin kapitanları Sovet donanmasına qarşı müqavimət göstərərək Xəzər dənizində qeyri-bərabər müharibə apardılar və qalib gəldilər.

 “Kapitan və Xəzər dənizi” filminin rejissoru və ssenari müəllifi Türkan Hüseyn, prodüserləri Türkan Hüseyn və Emil Nəcəfov, quruluşçu rəssamı Lalə Qasım, animasiya müəllifi Ağarəhim İbrahimovdur. Hibrid sənədli filmdə animasiyadan və arxiv materiallarından istifadə olunacaq.

40 dəqiqə xronometrajında nəzərdə tutulan filmin layihəsi Krakov Beynəlxalq Film festivalı çərcivəsində “CEDOC co-production”da və Beldocs Sənədli Film Festivalının pitçinq forumunda iştirak edib.

Layihə İctimai TV-dən və Azərbaycan Kinematoqrafçılar İttifaqından maliyyə və təşkilati dəstək əldə edib. Filmin Azərbaycan üzrə televiziya yayımı hüququ İctimai Televiziyaya məxsusdur.

Əlaqədar Yazılar