Əsas ARKA-DA KİNO AGENTLİYİNDƏ GÖRÜŞ KEÇİRİLİB

KİNO AGENTLİYİNDƏ GÖRÜŞ KEÇİRİLİB

by editor

Azərbaycan Respublikasının Kino Agentliyinin baş direktoru vəzifəsini icra edən Orxan Fikrətoğlunun sədrliyi ilə 2023-cü ildə keçirilmiş Film layihələri müsabiqəsinin qalib kino şirkətlərinin nümayəndələri ilə görüş keçirilib.

Qalib şirkətlərlə yeni hədəflərin müəyyən olunması, dövlət sifarişi ilə filmlərin istehsalı, Kino Agentliyi və həmin şirkətlərlə istehsal prosesinin hüquqi tənzimlənməsi yolları müzakirə edilib.

Kinoşünasların, kino tənqidçilərinin proseslərə cəlb olunması məqsədi ilə Kino Agentliyi nəzdində Analitik Təhlil Mərkəzinin yaradılması qərara alınıb. Mövcud vəziyyətin Agentliyin saytında, sosial şəbəkə hesablarında, həmçinin, elektron kinojurnallarda analizi, təhlili və onların yayımlanmasının vacibliyi vurğulanıb. Bədii şuranın üzvü, kinorejissor Elxan Cəfərov, kino tənqidçiləri Nadir Bədəlov və Nəriman Əbdülrəhmanlı, yazıçılar Varis Yolçuyev və Şərif Ağayar təkliflərlə çıxış ediblər.

Sonda qalib şirkətlərlə istehsal proseslərinin tənzimlənməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Əlaqədar Yazılar