Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) 2023-cü il iyulun 18-də elan etdiyi film layihələri müsabiqəsinin qaydalarına əsasən, yaradılan Apellyasiya Komissiyasına müraciət olunan film layihələri ilə bağlı yekun nəticələr açıqlanıb.
Komissiya təqdim olunan layihələrlə bağlı məzmun cəhətdən fərqlənən ssenariləri məqbul qiymətləndirib. Bununla yanaşı, kommersiya potensialı olan layihələrin 50 faiz və ya daha çox hissəsinə ARKA tərəfdən investor kimi maliyyə dəstəyinin göstərilməsinə qərar verilib.
Aşağıdakı film layihələri Apellyasiya Komissiyasının müsbət rəyini alıb:
“Rakurs Film-Media”, “Mənə bənzər adam” – tammetrajlı bədii
“Karvan production”, “Ağalı” – tammetrajlı bədii
“Rog Vfx Studio”, “Oriondan sevgilərlə” – qısa bədii
“Vətən TV Media Şirkəti”, “Müharibənin gözləri” – qısa sənədli
“Oskar Film”, “Danışır və göstərir Şuşa” – qısa sənədli
“Birlik kinostudiyası”, “Nağıl istəyirəm!” – qısa animasiya
ARKA-nın Apellyasiya Komissiyası yeddi kinematoqrafçıdan ibarətdir: Ramiz Fətəliyev, Xamis Muradov, Rafael Qəmbərov, Akif Rüstəmov, Vidadi Həsənov, Yavər Rzayev və Əliağa Məmmədov.
Qeyd edək ki, komissiyadan keçən film layihələrinin məxsus olduğu istehsalçı şirkətlərlə müqavilə bağlandıqdan sonra filmlərin istehsalına start veriləcək.