Türkiyə və Azərbaycanın ortaq istehsalı olan “Lanetli kitap” filminin 17 aprel tarixində qala gecəsi keçiriləcək. Film cinlərə aid kitabın ələ keçirilməsindən və cinlərin bu kitabı tapmaq üçün Azərbaycana yaşamağa gələn Halilin ailəsini narahat etməsindən bəhs edir. Hadisələr cinlərin lənətli kitabının oğurlanmasından başlayır. Fatehin Azərbaycanda tanış olduğu Səməd onun həyatını məhv edir. Fateh o gündən lənətə uğrayır.
NN film tərəfindən istehsal edilən filmin büdcəsi 120 min dollardır.
Qorxu janrında olan filmin quruluşçu rejissoru və ssenari müəllifi Natiq Novruzov, rejissoru Xəyal Xan, baş prodüseri Fuad Bəkiroğlu, prodüseri Zamiq Əlövsətoğlu, icraçı prodüseri Yalçın Çoban, ssenari müəllifləri Yeganə Kərimzadə, bəstəkarı Rabil Səfərli, operatoru Akan Açıksöz, quruluşçu rəssamı Aygün Mahmudovadır. Filmdə baş rollarda Halil İbrahim Kalaçıoğlu, Şeyda Aydın, Elçin Məmmədli, Vüqar Əliyev, Hasan Bakay, Ayan Bəkirova, Nuran Bəkirova, Zəhra Rəhbərqızı çəkiliblər.
Filmin yaradıcı heyəti aşağıdakı kimidir.
İl: 2024
İstehsalçı: NN Film Production
Müddət: 70 dəqiqə
Yaş həddi: 12+
Nümayiş tarixləri: 17.04.2024
Janr: qorxu
Büdcə: 120 000 ABŞ dolları
Rejissor: Natiq Novruzov
Ssenari müəllifləri: Natiq Novruzov, Yeganə Kərimzadə
Operator: Hakan Açıkgöz
Rəssam: Aygün Mahmudova
Bəstəkar: Rabil Səfərli
Rollarda: Halil İbrahim Kalaçıoğlu, Şeyda Aydın, Elçin Məmmədli, Vüqar Əliyev, Hasan Bakay, Ayan Bəkirova, Nuran Bəkirova, Zəhra Rəhbərqızı, Canan Nəzirova, Erhan Ufak, Rəşad Kəsəmənli, Şeyda Aydın, Murat Abdullayev, Şahin İmamalıyev
İkinci rejissor: Xəyal Xan
Rejissor assistenti: Əli Abbasov
Qrim ustası: Həlimə Abdullayeva
İcraçı produser: Yalçın Çoban
Produser: Zamiq Əlövsətoğlu
Baş produser: Fuad Bəkiroğlu