Əsas EKRANDA MƏCİD HÜSEYNOV: “HOZU PERSONAJININ SEVİLMƏ SƏBƏBİ, HƏR KƏSİN ÖZ İÇİNDƏ BİR HOZUNU GÖRMƏSİDİR”.

MƏCİD HÜSEYNOV: “HOZU PERSONAJININ SEVİLMƏ SƏBƏBİ, HƏR KƏSİN ÖZ İÇİNDƏ BİR HOZUNU GÖRMƏSİDİR”.

by editor

“Franşiza filmlər” eyni qəhrəmanın müxtəlif filmlərdə və müxtəlif mövzularda macərasını əks etdirən filmlərdir. Hollivud (Hollywood) kinosuna aid franşiza nümunəsi olaraq “Marvel” superqəhrəman film seriyalarını göstərmək olar. Azərbaycan kinosundan isə komediya janrında olan “Hozu” film silsiləsi franşizaya nümunədir.

Məcid Hüseynov bildirir ki, bu filmin ideyası ona məxsusdur. İlk dəfə bu ideya 2015-ci ildə yaranıb. Ancaq bu mövzuda ilk film 2017-ci ildə ekranlaşdırılıb. “Hər bir insan evdə və ya tək olanda özünü rahat aparır, amma camaat içində özünü yığışdırır.  Əslində insanın hozuluğu evdə özünü biruzə verir, yəni bu hər bir insanda var. Kimsə deyə bilməz ki, məndə elə şey yoxdur, mən çöldə necəyəmsə, evdə də eləyəm, yəni bu mümkün deyil”.

“Hozu” franşizasının ikinci filmi “Hozu cangüdən”, üçüncü filmi “Hozu zona” 2022-ci ildə nümayiş olunub. Hələ ki, sonuncu olan film “Hozu dayə” adı ilə 2023-cü il noyabrın 1-dən etibarən artıq tamaşaçıların ixtiyarına verildi.

Hozu xarakterini canlandıran Məcid Hüseynov deyir ki, “Hozu personajının sevilmə səbəbi, hər kəsin öz içində bir Hozunu görməsidir.” Hozu film silsiləsində quruluşçu rejissor İlham Yaşaroğludur. Ssenari müəllifliyini Məcid Hüseynovun özü ilə birlikdə Tural Ağayev, Elsevər Mehdizadə, Ramiz Hüseynzadə, Vüsal Hacı-Qədir kimi kinematoqrafçılar həyata keçirirlər.

Əlaqədar Yazılar