Əsas EKRANDA XƏYANƏTƏ YOX

XƏYANƏTƏ YOX

by editor

Növ: tammetrajlı bədii film

İl: 2023

İstehsalçı: AND production

Müddət: 85 dəqiqə

Nümayiş tarixi: 21.12.2023

Yaş məhdudiyyəti: 12+

Janr: melodram, komediya

Rejissor: Valeh Əhmədov

Ssenari müəllifləri: Valeh Əhmədov, Failə Nəbiyeva, Könül Ələsova, Çingiz Mütəllimov

Operator: Emil Qarayev

Rəssam: Elnarə Səfərova

Rollarda: Nicat Rəhimov (Dəyanət), Mətanət Əliverdiyeva (Rəfiqə), Aysel Səlimli (Aysel), Rəsul Abbasov (Gündüz), Aydan Ağazadə, Sabir Məmmədov, Şəms Allahverdiyeva, Həmidə Ömərova, Şamil Süleymanlı, Tərlan Nur Yaşar

Prodüser: Valeh Əhmədov

Qısa məzmun: Ərinin xəyanətini öyrənən Rəfiqə kişilərdən intiqam almaq üçün xəyanətdən əziyyət çəkən qadınların dərdlərinə şərik olmaq istəyir. O, “Kişi gəzər də, sevər də deyənlərin dili qurusun” adlı bir təşkilat açır. Aysel toy günü evləndiyi Gündüzün xəyanətini öyrənir və toyu alınmır. Rəfiqənin simpatiyasını qazanan Aysel onun yaxın silahdaşına çevrilir. Onlar Dəyanətlə tanış olduqdan sonra qruplarının adını dəyişib “XOX” qoyurlar. “XOX” ilk dəfə bir kişiyə kömək etməli olur.

Filmin çəkilişləri Bakıda və Lənkəranda aparılıb.

Əlaqədar Yazılar