125
Fevralın 3-dən Azərbaycan Milli İncəsənət Muzeyi “Muzeydə kino” adlı yeni layihəyə başlayır.
Muzeydən AZƏRTAC-a bildirilib ki, filmlərin nümayişi şənbə və bazar günləri muzeyin kinozalında keçiriləcək.
Fevralın 3-4-də rejissor Şamil Nəcəfzadənin “Üfüqü ötənlər” tammetrajlı bədii-sənədli filminin nümayişi olacaq. İki hissədən ibarət film beş tanınmış avanqard rəssam – Cavad Mircavadov, Tofiq Cavadov, Əşrəf Murad, Rasim Babayev və Qorxmaz Əfəndiyevdən bəhs edir. 2011-ci ildə “Yaddaş” sənədli filmlər studiyasında istehsal edilmiş filmin ssenari müəllifi Sara Oğuz Nəsirova, operatoru Nizami Abbas, prodüseri Cavid İmamverdiyev, koordinatoru Şirin Məlikovadır.
Mənbə: AzərTAc