137
Rejissor Orxan Ağazadənin “Məhbus” film layihəsi İstanbul CineCollective Beynəlxalq Film proqramına seçilib. Dram janrından olan məhbus keçmişindən qurtula bilməyən Rasim adlı qəhrəman haqqındadır. Məhbuslar gecənin qaranlığında atılmış binanın pəncərəsi önündə qadın paltarında rəqs edən şəxsi izləyirlər.
Tammetrajlı bədii film layihəsi olan “Məhbus” Kann Film Festivalının Cinefondation ssenari rezidensiyasına Azərbaycandan qəbul olan ilk layihədir. Bundan əlavə film Le Prevote senari rezidensiyasının iştirkaçısı olub. Hazırda inkişaf mərhələsində olan filmin rejissoru, senari müəllifi və prodüseri Orxan Ağazadədir.