Əsas MEYDANDA ÇİNARIN KÖLGƏSİNDƏ NƏLƏR BAŞ VERİR?

ÇİNARIN KÖLGƏSİNDƏ NƏLƏR BAŞ VERİR?

by editor

Rejissor Emin Abasov “Çinar kölgəsi” adı serial üzərində çalışır. 12 seriyadan ibarət bədii film payız aylarında ARB televizyasında yayımlanacaq.

Melodram müxtəlif ailələrin başına gələn hadisələrdən bəhs edir. Qəhrəmanlardan biri – Nərgizin valideynləri ilə münasibəti yaxşı olmadığı üçün həyat yoldaşını itirəndən sonra övladını tək böyütməli olur. 11 yaşlı oğlu ilə çətinliklərin öhdəsindən gəlməli olan Nərgiz bir gün Cəfərlə tanış olur. Aralarında yaranan münasibətə görə Nərgizin başına müxtəlif hadisələr gəlir

Filmdə əsas rollarda Sabirə Abdullayeva və Türkay Cəfərli çəkilir. Ssenari Pərviz Seyidli, Sara Hüseynova və Kamal Hüseynzadəyə məxsusdur. Filmin ideya müəllifi isə Günay Abasovadır.

Filmin çəkilişləri 2023-cü ildə başlasa da, yarımçıq qalmış və bu il davam etdirilmişdir.

ÇİNAR KÖLGƏSİ

İl: 2024

İstehsalçı: Lyinx Media kino şirkəti

Müddət: 12 seriya (hər seriya 45 dəqiqə)

Yaş həddi: 7+

Nümayiş tarixi: Oktyabr 2024

Nümayiş olunan televiziya: ARB kanalı

Janr: melodram

Rejissor: Emin Abasov

Ssenari müəllifləri: Pərviz Seyidli, Sara Hüseynova, Kamal Hüseynzadə

Operatorlar: Əhməd Barasov, Cavanşir Ağayev

Rəssam: Gülşən Ağayeva

Bəstəkar: Tərlan Məmmədhüseynov

Rollarda: Türkay Cəfərli, Sabirə Abdullayeva, Məmməd Səfa ,Zemfira Əbdülsəmədova, Abbas Qəhrəmanov, İsmail Kərimov, Vüsal Xalıqoğlu, Güney Əkbərova, Sürahi Əliməmmədova, Mətanət Atakişiyeva, Kərəm Hadızadə, Əli Məmmədrzayev, Məryəm Abaszadə, Vüqar Vəlixanov, Vüsal Paşayev, Vahid Orucoğlu, Hüseynağa Aslanov

Montaj rejissoru: Elçin Elxanlı

İkinci rejissor: Anar Almazov

Rejissor assistenti: Xədicə Qarayeva

Qrim və geyim rəssamı: Samirə Mustafayeva 

İşıqçı: Fərid Məmmədov

Səs rejissoru: Nadir Mahmudov

Səs operatoru: Emin Mahmudov

İcracı produserlər: İlqar Qəhrəmanov, Rəşad Vəliyev

Baş prodüser: Emin Abasov

Əlaqədar Yazılar