Əsas ARKA-DA“DAŞLARA HƏKK OLUNAN TALE: ƏCƏMİ NAXÇIVANİ” FİLMİNİN ÇƏKİLİŞLƏRİ DAVAM EDİR

“DAŞLARA HƏKK OLUNAN TALE: ƏCƏMİ NAXÇIVANİ” FİLMİNİN ÇƏKİLİŞLƏRİ DAVAM EDİR

by editor

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tabeliyində Kino Agentliyinin həyata keçirdiyi “Azərbaycanın mədəni irsinə səyahət” layihəsi çərçivəsində növbəti filmin çəkilişlərinə başlanılıb.

Dövlət sifarişi ilə “Şahdağ Film” tərəfindən lentə alınan “Daşlara həkk olunan tale: Əcəmi Naxçıvani” bədii-sənədli filmi memarın 900 illik yubileyinə həsr olunub.

Filmin çəkilişi Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının dəstəyi ilə Şuşa şəhərində, Gəncə şəhərində, Qaradağ rayonunda, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində həyata keçirilir.

Filmin 2026-cı ilin oktyabr ayına kimi təhvil verilməsi planlaşdırılır.

Əlaqədar Yazılar