Əsas ARKA-DAARKA BİRGƏ FİLM İSTEHSALINA DƏSTƏK MÜSABİQƏSİ ELAN EDİB

ARKA BİRGƏ FİLM İSTEHSALINA DƏSTƏK MÜSABİQƏSİ ELAN EDİB

by editor

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) 2026-cı il üzrə “Birgə film istehsalına dəstək müsabiqəsi” elan edib. Müsabiqədə Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş müstəqil prodüser mərkəzləri və müvafiq sahədə fəaliyyət göstərən digər hüquqi şəxslər iştirak edə bilərlər.

Təqdim olunan layihələrin istehsalçılarından biri mütləq “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xarici prodüser meyarlarına cavab verən şəxs olmalıdır.

Müsabiqə yerli və xarici kino şirkətləri ilə birgə film istehsalının təşkili, stimullaşdırılması və səmərəliliyinin yüksəldilməsi, müstəqil prodüser mərkəzləri və müvafiq sahədə fəaliyyət göstərən digər şəxslər arasında rəqabət qabiliyyətinin artırılması məqsədi ilə həyata keçirilir. Müsabiqənin reqlamentinə görə, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Gürcüstan birgə film istehsalı baxımından prioritet ölkələr hesab olunurlar.

Layihələr qiymətləndirilərkən ortaq ictimai xadimlər və tarixi hadisələr haqqında olan, adət-ənənələri əks etdirən, ortaq dəyərlərin inkişafı və əlaqələrin gücləndirilməsinə xidmət edən filmlərə, eləcə də uşaq filmlərinə üstünlük veriləcək.

Müraciət qəbulunun başlanma tarixi 1 iyul 2026-cı ildir. Reqlamentlə tanışlıq üçün ARKA-nın rəsmi saytına keçid edə bilərsiniz.

Əlaqədar Yazılar