Əsas EKRANDA “SƏMA İLƏ GÖRÜŞ” TƏQDİM OLUNDU + FOTOSESSİYA + VİDEO

“SƏMA İLƏ GÖRÜŞ” TƏQDİM OLUNDU + FOTOSESSİYA + VİDEO

by editor

6 martda Nizami Kino Mərkəzində “Səma ilə görüş” filminin qala gecəsi keçirildi.

Azərbaycan Kino Mərkəzi tərəfindən istehsal olunan filmin ssenaritləri Orxan Mərdan, Vüqar Hüseynov və Talıb Əhmədovdur. Filmin mövzusuna əsasən, xəstələrə köməklik göstərmək istəyən 3 dostun yalan və oğurluq üzərində qurulmuş həyatları bir gün onlara həyat dərsi verir.

Təqdimat mərasimində filmin baş produseri Orxan Mərdan “Səma ilə görüş”ün “Cinemastercard” (keçmiş Cinemaplus) kinoteatr şəbəkələrində göstərilməyəcəyini bildirdi. O, bunu qarşı tərəflə olan maliyyə anlaşmazlığı ilə izah etdi. Həmçinin bildirdi ki, “Onlar elə bilirlər ki, Azərbaycan istehsalçısı türk istehsalçısından zəifdir, kasıbdır, geridə qalmışdır. Amma biz nə kasıbıq, nə zəifik, nə də geridə qalmış”.

Dram, ekşn və komediya janrında olan filmdə Mürsəl personajını canlandıran Rafael İsgəndərov qeyd etdi ki, bu onun ilk mənfi roludur. Filmdə digər əsas rolları Taleh Yüzbəyov, İlkin Həsəni, Kəmalə Piriyeva, Turanə Hüseynli və Əlibəy Məmmədli canlandırıb.

Filmin operatoru Şahmar Səfəroğlu, prodüseri Amiran Babayevdir.

Qeyd edək ki, film 7 marttan etibarən Nizami Kino Mərkəzində və “Park Cinema” Kinoteatrlar Şəbəkəsində göstərilir.

Əlaqədar Yazılar