Əsas ÜMUMİ PLANDAFESTİVALLAR “İKİNCİ PLANETİN QIRMIZI RƏNGİ” FİLMİ NÖVBƏTİ FESTİVALDA

“İKİNCİ PLANETİN QIRMIZI RƏNGİ” FİLMİ NÖVBƏTİ FESTİVALDA

by editor

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2021-ci ildə keçirdiyi “Böyük qayıdış“ müsabiqəsi çərçivəsində çəkilən “İkinci planetin qırmızı rəngi” bədii qısametrajlı filmi Amerika Birləşmiş Ştatlarında keçirilən 51-ci Athens International Film + Video Festivalının əsas müsabiqə proqramında iştirak edəcək. Festival Amerika kinoakademiyasının (Oskar mükafatı) kvalifikasiyasına malikdir.

Rejissor Azər Quliyevin çəkdiyi “İkinci planetin qırmızı rəngi” qısametrajlı bədii filmində hadisə Vətən Müharibəsinin fonunda baş verir. Musa şəxsi həyatında problemlərlə üz-üzədir. Bir an Musanı iç səsi və şəxsi azadlığı bilinməyən sirli vəhdətlə qarşılaşır. Burada onun keçmişi, iztirabları və gələcəyi başlayır.

“Mozalan” studiyasının istehsalı olan filmə “Azərbaycanfilm” kinostudiyası və “Narimanfilm” studiyası ko-prodüser kimi dəstək göstəriblər. Filmin rejissoru və ssenari müəllifi Azər Quliyev, prodüseri Əli-Səttar Quliyev, operatoru Alisa Tareliçeva, rəssamı Samirə Şamxalovadır. Filmdə əsas rollarda Rafael Şahbəyli, Diana Hacıyeva, Aydan Həsənzadə, Əli Nəsib çəkiliblər.

Qeyd edək ki, hazırda film Finlandiyada keçirilən Tampere Beynəlxalq Film Festivalında iştirak edir. Filmi Finlandiyada rejissor Azər Quliyev və prodüser Əli-Səttar Quliyev təmsil edirlər. film festivalın “Cənubi Qafqaz” proqramında iştirak edir.

Əlaqədar Yazılar