297
Kinorejissor, Əməkdar incəsənət xadimi Şamil Mahmudbəyovun 100 illik yubileyi münasibətilə sənədli film çəkiləcək. Bununla bağlı filmin ssenari müəllifi Tahir Tahiroviç məlumat verib: “Ekran işinin əsas çəkilişləri rejissorun dünyaya gəldiyi Naxçıvan şəhərindəki evində, təhsil aldığı məktəbdə aparılacaq. Rejissorun filmlərində iştirak etmiş aktyorların və birgə çalışdığı yaradıcı heyət üzvlərinin xatirələri də filmdə yer alacaq”.
Azərbaycan Kinematoqrafçılar İttifaqı sənədli filmə kiçik qrant ayırıb. Filmin ssenari müəllifi Tahir Tahiroviç, rejissoru Aydan Əhmədova, operatoru Rafiq Əliyev, prodüseri Əli İsa Cabbarovdur.
Film çəkilişlərinə yanvar ayının sonunda başlanılacaq.