Əsas ELANLAR KASTOB BEYNƏLXALQ QISAMETRAJLI FİLM FESTİVALI FİLM QƏBULU ELAN EDİR

KASTOB BEYNƏLXALQ QISAMETRAJLI FİLM FESTİVALI FİLM QƏBULU ELAN EDİR

by editor

Kastob Beynəlxalq Qısametrajlı Film Festivalı “Kıyıdakı kadınlar” (Sahildəki qadınlar) mövzusunda filmlərin qəbuluna start verib.

“Sahildəki qadınlar” adı həm dəniz sahilindəki qadınları, həm də həyatın sahilindəki qadınları əhatə edir. Mövzu qadınların cəmiyyətdə tutduqları mövqeləri, uğurlarını, çətinliklərini, zəhmətlərini, həyatdakı görünməz maneələri göz önünə çıxarmaq nəzərdə tutulub.

25 dekabr 2023-cü il tarixindən sonra istehsal olunan 3-7 dəqiqəlik animasiya, bədii və sənədli filmləri olan müəlliflər müraciət edə bilərlər. Müraciət pulsuzdur və bir müəllif istənilən sayda filmlə müraciət edə bilər. Son qəbul tarixi 15 fevraldır.

Ətraflı məlumatı aşağıdakı linkə keçid edərək əldə edə bilərsiniz: https://kastob.org.tr/tr/

Əlaqədar Yazılar