Əsas ARKA-DA TURAN FİLM FESTİVALINDA 4 MÜKAFAT QAZANMIŞIQ

TURAN FİLM FESTİVALINDA 4 MÜKAFAT QAZANMIŞIQ

by editor

2-3 may tarixlərində Türkiyənin İzmir şəhərində ilk dəfə “Qızıl alma” Beynəlxalq Turan Film Festivalı keçirilib.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Kino Baş İdarəsi və Dövlət Arxivləri Baş İdarəsinin dəstəyi, TÜRKSOY və Ege Universitetinin təşkilatçılığı ilə gerçəkləşən festivalda Türkiyə, Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və digər ölkələrdən filmlər  iştirak edib.

Ekran işləri Türk dünyasının kino xadimlərindən ibarət münsiflər heyəti tərəfindən 13 kateqoriya üzrə qiymətləndirilib.

Festivalda Azərbaycandan iştirak edən ekran işlərindən Zamin Məmmədovun “Səs” filmi (Azərbaycanfilmin istehsalı) “Ən yaxşı film”, Ruslan İbrahimlinin “Qara bulud” isə “Gənc istedad” kateqoriyası üzrə mükafata layiq görülüb.

Festivalın “İnsan haqlarına töhfə” mükafatı Azərbaycanın Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə, “Kino sənətinə töhfə” mükafatı isə Azərbaycan Respublikası Kino Agentliyinə (ARKA) verilib.

Əlaqədar Yazılar