Əsas EKRANDA “XƏYANƏTƏ YOX” FİLMİNİN TƏQDİMAT MƏRASİMİNDƏN FOTOSESSİYA – 25.12.2023

“XƏYANƏTƏ YOX” FİLMİNİN TƏQDİMAT MƏRASİMİNDƏN FOTOSESSİYA – 25.12.2023

by editor

25 dekabr tarixində rejissor Valeh Əhmədovun “Xəyanətə yox” filminin qala gecəsi keçirilib. Gecədə tanınmış şəxslər, aktyor və aktrisalar iştirak ediblər.

“Xəyanətə yox”da Nicat Rəhimov, Aysel Səlimli, Rəsul Abbasov, Aydan Ağayeva, Şəms Allahverdiyeva, Tərlan Nur Yaşar, Xalq artistləri Həmidə Ömərova, Sabir Məmmədov, Şamil Süleymanlı, əməkdar artistlər Vaqif Kərimov və başqaları rol alıb.

Aysel öz toyunda “Love story” əvəzinə həyat yoldaşının xəyanət videosuna baxmalı olur. Xəyanəti bağışlamadığı üçün toy dağılır. Beləliklə, xəyanətə uğrayan bütün qəhrəmanlar birləşib intiqam almağa başlayırlar.

Romantik komediya janrında çəkilən film Valeh Əhmədovun üçüncü rejissor işidir.

Filmi izləmək istəyən hər kəs şəhərin kinoteatrlarına müraciət edə bilər.

Əlaqədar Yazılar