Əsas ANALİTİKA GÜRCÜSTAN KİNOSU RƏQƏMLƏRDƏ

GÜRCÜSTAN KİNOSU RƏQƏMLƏRDƏ

by editor

Hələ Sovet dövründən özünəməxsus ənənəsi ilə seçilən gürcü filmlərinin rusdilli auditoriyaya yad olmadığını bilirik. Rusiyanın ən böyük kino platformalarından biri olan “Kino-Teatr”-da müstəqillik dövründən bəri çəkilmiş və platforma istifadəçiləri tərəfindən izlənərək qiymətləndirilmiş 132 gürcü filminə rast gəlmək olar. Bu filmlərin əksəriyyəti 2010-cu ildən sonraya aiddir. Bunun səbəbi isə 2010-cu ildən etibarən Gürcüstan Milli Film Mərkəzinin Avropanın müxtəlif film təşkilatları və fondları ilə əməkdaşlıq etməsidir. Təkcə European Film Promotion (Avropa Film Təşviqi) Fondu ilə əməkdaşlıq nəticəsində 2011-2023-cü illərdə ölkədə 80 film istehsal edilib.

Gürcü filmlərinin sayı həmin dövrdən başlayaraq beynəlxalq prokatda da artmaqdadır. “The Numbers” platformasındakı məlumata əsasən, müstəqillik dövrü ərzində 33 gürcü filmi dünya kinoteatrlarında nümayiş etdirilib. Bunların 30-u 2011-ci ildən sonraya aiddir.

GÜRCÜ FİLMLƏRİNİN BEYNƏLXALQ KASSA GƏLİRİ

(Filmlərin adları nümayiş edildikləri formada verilib)

İstehsal iliFilmin adıİstehsalçı ölkəDünya kassasından gəliri
2023Chemi otakhiGürcüstan$222   
Shashvi shashvi maq’valiGürcüstan
2022BoBelçika, Gürcüstan ,Niderland$27,859          
Brighton 4thGürcüstan, ABŞ$22,313          
The Other MeGürcüstan$12,250          
Taming the GardenGürcüstan, Almaniya, İsveçrə$5,211
Ice Under His FeetÇexiya, Gürcüstan, Almaniya
Wet SandGürcüstan, İsveçrə
2021Ras vkhedavt, rodesac cas vukurebt?Gürcüstan, Almaniya$32,831          
Anton6 ölkə$25,397          
BeginningFransa, Gürcüstan$1,172
The Narrow BridgeGürcüstan, Ukrayna
2020Son Kale: HacıbeyGürcüstan, Ukrayna, Türkiyə$7,037
CuratorGürcüstan, Rusiya$2,329
2019And Then We DancedFransa, Gürcüstan, İsveç$625,667        
Raving RiotGürcüstan, Rusiya$45,899
2018The Final Year22 ölkə$265,072
RezoGürcüstan, Rusiya$78,053          
2017Chemi Bednieri OjakhiFransa, Gürcüstan, Almaniya$428,468        
ZalozhnikiGürcüstan, Polşa, Rusiya$363,292        
Anna’s LifeGürcüstan$1,843
NammeGürcüstan, Litva$0       
2015MandariinidGürcüstan, Estoniya$867,593        
The Search     Fransa, Gürcüstan$91,184          
Simindis kundzuliGürcüstan$37,445          
The PresidentFransa, Gürcüstan, Almaniya, B.Britaniya$33,002          
2014Grzeli nateli dgeebi   Fransa, Gürcüstan, Almaniya$79,316          
2013Tbilisi, I Love YouGürcüstan, ABŞ
2012247 FGürcüstan, ABŞ
20115 Days of WarGürcüstan, ABŞ
2004Since Otar LeftBelçika, Fransa, Gürcüstan$502,665        
Power TripGürcüstan, ABŞ$38,593          
1997Shekvarebuli kulinaris ataserti retsepti           Belçika, Fransa, Gürcüstan, Ukrayna$686,121        

Cədvəldən də göründüyü kimi, 33 gürcü filmindən 7-i beynəlxalq kassada 200 min ABŞ dollarından çox gəlir əldə edib. Lakin, gürcülər kino sektorundan gəlir əldə etmək üçün təkcə bu metoddan istifadə etmirlər.

2020-ci ildə “Fast and Furious 9” filminin çəkilişlərinin Gürcüstanda baş tutması nəticəsində bu ölkəyə 11 milyon ABŞ dolları sərmayə cəlb olunub.  Ölkədə kino turizminin inkişafı yolunda ciddi addımlar atılmaqdadır.

Hazırda Gürcüstan Milli Film Mərkəzində bəzi sturktur dəyişiklikləri fonunda, ölkədə müstəqil film istehsalçılarının çətinliklərlə qarşılaşacağı gözlənilsə də, ümumilikdə ölkə kinosunun inkişaf potensialının geniş olduğunu demək mümkündür.

Əlaqədar Yazılar