Dövlət Statistika Komitəsinin 2022-ci ilin nəticələrinə görə açıqladığı məlumata əsasən, ölkə ərazisində qeyri-dövlət kinoteatrlarında ümumilikdə 77 nümayiş zalında 10845 yer mövcuddur. Həmin mənbəyə görə, 2022-ci ildə ümimilikdə ölkə kinoteatrlarında 560 film nümayiş olunub. Bunlardar 60-ı yerli, 500-ü isə xarici ölkələrin istehsalıdır.
Azərbaycanda iki özəl kinoteatr şəbəkəsi fəaliyyət göstərir: Cinema Plus və Park Cinema.
2023-cü ilin statistikasını öyrənmək üçün kinoteatrlara müraciət etdik.
Məlum oldu ki,Cinema Plus kinoteatrlar şəbəkəsində 2023-cü ildə ümumilikdə 219 film göstərilib. Bu filmlərdən 14-ü yerli, 205-i isə xarici ölkələrin istehsalıdır. 2023-cü ildə Cinema Plus kinoteatrlar şəbəkəsində yerli filmlər 6.39% təşkil edib.
Park Cinema kinoteatrlar şəbəkəsində isə 2023-cü il ərzində 213 film nümayiş olunub. Bunlardan 29-u yerli, 184-ü xarici istehsaldır. 2023-cü ildə Park Cinema kinoteatrlarında nümayiş olunan filmlər 13.61% təşkil edib.
2023 | Cinema Plus | Park Cinema | ||
Sayı | Faiz nisbəti | Sayı | Faiz nisbəti | |
Ümumi filmlər | 219 | 100 | 213 | 100 |
Yerli filmlər | 14 | 6.39 | 29 | 13.61 |
Xarici filmlər | 205 | 93.61 | 184 | 86.39 |
İl yeni başlasa da, kinoteatrlar üzrə nümayiş olunan yerli filmlərin aktivliyindən belə qənaətə gəlmək olar ki, 2024-cü ildə kinoteatrlarda nümayiş olunan milli filmlərin nisbəti daha çox olacaq.