111
Dünyanın ən nüfuzlu kino mükafatlarından biri kimi qəbul olunan “Oskar” mükafatları təqdim olundu. Amerika Kino Sənətləri və Elmləri Akademiyası tərəfindən 1929-cu ildən etibarən verilən “Oskar” mükafatlarının 96-cısı mart ayının 10-da Los-Ancelesdəki Dolbi Teatrda keçirilən tədbirdə elan olundu. “Oppenhaimer” filmi 7, “Zavallılar” isə 4 “Oskar” qazandı. Qeyd edək ki, ”Oppenhamier” (Oppenhaymer) filmi 13, “Zavallılar” (Poor Things) 11, “Çiçəkli ayın qatilləri” (Killers of the Flower Moon) 10, “Barbi” (Barbie) 8, “Maestro” (Maestro) filmi isə 7 kateqoriyada namizəd idi.
OSKAR QALİBLƏRİ
ƏN YAXŞI FİLM |
Oppenheymer (Oppenheimer) |
ƏN YAXŞI REJİSSOR |
Kristofer Nolan – Oppenheymer (Christopher Nolan – Oppenheimer) |
ƏN YAXŞI ORİJİNAL SSENARİ |
Yıxılmağın anatomiyası (Anatomy of a Fall) – Justine Triet, Arthur Harari |
ƏN YAXŞI ADAPTASİYA OLUNMUŞ SSENARİ |
Amerika ədəbiyyatı (American Fiction) – Cord Jefferson |
ƏN YAXŞI AKTYOR |
Killian Mörfi – Oppenheymer (Cillian Murphy – Oppenheimer) |
ƏN YAXŞI AKTRİSA |
Emma Stoun – Zavallılar (Emma Stone – Poor Things) |
XARİCİ DİLDƏ ƏN YAXŞI FİLM |
Maraq dairəsi – Böyük Britaniya (The Zone of Interest) – Rejissor: Jonathan Glazer |
İKİNCİ PLANDA ƏN YAXŞI AKTYOR |
Robert Dauni Jr. – Oppenhaymer (Robert Downey Jr. – Oppenheimer) |
İKİNCİ PLANDA ƏN YAXŞI AKTRİSA |
Devayn Coy Randolf – Tərk edilmişlər (Da’Vine Joy Randolph – The Holdovers) |
ƏN YAXŞI MUSİQİ |
Oppenheymer (Oppenheimer) – Ludwig Göransson |
ƏN YAXŞI MAHNI |
Mən nə üçün düzəldilmişəm – Barbi (What Was I Made For? – Barbie) – Billie Eilish, Finneas O’Connell |
ƏN YAXŞI ANİMASİYA FİLMİ |
Oğlan və quş (The Boy and the Heron) – Hayao Miyazaki, Toshio Suzuki |
ƏN YAXŞI QISAMETRAJLI ANİMASİYA FİLMİ |
Müharibə bitdi (War Is Over! Inspired by the Music of John & Yoko) – Dave Mullins, Brad Booker |
ƏN YAXŞI SƏNƏDLİ FİLM |
Mariupolda 20 gün (20 Days in Mariupol) – Mstyslav Chernov, Michelle Mizner, Raney Aronson-Rath |
ƏN YAXŞI QISAMETRAJLI SƏNƏDLİ FİLM |
Sonuncu təmir mağazası (The Last Repair Shop) – Ben Proudfoot, Kris Bowers |
ƏN YAXŞI QISAMETRAJLI FİLM |
Henri Şuqarın (Şəkərin) möhtəşəm hekayəsi (The Wonderful Story of Henry Sugar) – Wes Anderson, Steven Rales |
ƏN YAXŞI TƏSVİR REJİSSORU |
Oppenheymer (Oppenheimer) – Hoyte Van Hoytema |
ƏN YAXŞI RƏSSAM |
Zavallılar (Poor Things) |
ƏN YAXŞI MONTAJ |
Oppenheymer (Oppenheimer) – Jennifer Lame |
ƏN YAXŞI SƏS HƏLLİ |
Maraq dairəsi – Böyük Britaniya (The Zone of Interest) – Tarn Willers, Johnnie Burn |
ƏN YAXŞI GEYİM RƏSSAMI |
Zavallılar (Poor Things) – Holly Waddington |
ƏN YAXŞI QRİM VƏ SAÇ STİLİ |
Zavallılar (Poor Things) – Nadia Stacey, Mark Coulier, Josh Weston |
ƏN YAXŞI VİZUAL EFFEKTLƏR |
Qodzilla minus bir (Godzilla Minus One) |