Azərbaycan Respublikasının Kino Agentliyi müştərək film istehsalının dəstəklənməsi məqsədi ilə “Müştərək istehsalın dəstəklənməsi” proqramını həyata keçirməyi planlaşdırır. Müstəqil prodüser mərkəzi tərəfindən təqdim edilən, büdcəsinin 50% və ya daha çox hissəsi müstəqil prodüser mərkəzi tərəfindən ödənilən film layihələrinə dəstək proqramının tətbiq edilməsi nəzərdə tutulub. Dəstək proqramı çərçivəsində təqvim ili ərzində müraciət qəbulunun açıq elan edilməsi və Bədii Şura tərəfindən müsbət qiymətləndirildiyi halda qalan vəsaitin investisiya edilməsi planlaşdırılır.
Dəstək proqramının qaydalar və reqlamentinin təyin edilməsi üçün özəl sektor nümayəndələri, müstəqil prodüser mərkəzləri ilə görüşlər keçirilir, fikir mübadiləsi aparılır. Həmçinin cari il ərzində bu kimi görüş və müzakirələrin mütəmadi olaraq keçirilməsi və tərəflərin maraqlarının təmin olunması istiqamətində işlərin görülməsi nəzərdə tutulub.
“MÜŞTƏRƏK İSTEHSALIN DƏSTƏKLƏNMƏSİ” LAYİHƏSİ ELAN OLUNACAQ
118
əvvəlki