Əsas ARKA-DA “BORC” FİLMİNİN ÇƏKİLİŞLƏRİ BAŞLAYIR

“BORC” FİLMİNİN ÇƏKİLİŞLƏRİ BAŞLAYIR

by editor

Azərbaycan Respublikasının Kino Agentliyinin maliyyə dəstəyi ilə istehsal olunan “Borc” filmi artıq çəkilişə hazırlıq mərhələsini yekunlaşdırmaq üzrədir. Filmin çəkilişlərinə yaxın günlərdə başlanılması planlaşdırılır.

Bakı Media Mərkəzinin istehsalı olan “Borc” filminin rejissoru və prodüseri Orman Əliyev, ssenari müəllifi İsmayıl İmandır. 90 dəqiqəlik tammetrajlı bədii film qələbənin beş illiyinə həsr olunub.

Bu haqda məlumatları prodüser Fariz Əhmədov İTV-nin efirində açıqlayıb: “Bu, Orman Əliyevin rejissor kimi bədii kinoda debütüdür. Ekran əsəri bir DJ-in koronavirus pandemiyası dövründə başına gələn hadisələrdən bəhs edir. Filmin qəhrəmanı könüllü olaraq həmin ərəfədə baş verən İkinci Qarabağ Müharibəsi – Vətən Savaşında döyüşməyə yollanır”.

Fariz Əhmədov onu da bildirib ki, Bakı Media Mərkəzi Qələbənin 5-ci ili münasibətilə tamaşaçılara sənədli və bədii filmlər silsiləsi təqdim edəcək. “Borc” Qələbənin beşinci ilində böyük ekranda göstəriləcək ilk bədii film olacaq. Filmin 2025-ci ilin fevral ayından sonra təqdim olunması nəzərdə tutulur.

Qeyd edək ki, “Borc” fiımi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin elan etdiyi  müsabiqənin qalibi olaraq ARKA-dan 1 milyon manat vəsait əldə edib. Filmin ümumi büdcəsi 1.200.000 manatdır.

Əlaqədar Yazılar