Əsas ÜMUMİ PLANDAFESTİVALLAR ATANUR NƏBİYEVANIN “AVEYİN SƏDALARI” FİLM LAYİHƏSİ DAHA BİR PROQRAMIN QALİBİDİR

ATANUR NƏBİYEVANIN “AVEYİN SƏDALARI” FİLM LAYİHƏSİ DAHA BİR PROQRAMIN QALİBİDİR

by editor

Rejissor Atanur Nəbiyevanın “Aveyin sədaları” film layihəsi növbəti dəstəyini əldə edib. Layihə “Close up” təlim, inkişaf və mentorluq proqramı çərçivəsində seçilmiş 12 ekran əsərindən biridir.  

Filmin mövzusuna əsasən, Atanur on il qürbətdə yaşadıqdan sonra Avey dağına – özünü vətənində hiss etdiyi son məkana çatdırır. Qayıdarkən o doğma evi kimi gördüyü bu dağın artıq xatırladığı şəkildə olmadığından çox bədbinləşir. Bir vaxtlar hər addımda gözəlliyi ilə göz qamaşdıran yay otlaqları indi cansıxıcıdır. Ərazidə açılan karxana və zavodlar o mənzərələrin yerləşdiyi gözəl məkanları zəbt etməklə onları baxılmaz duruma salıb.

…Atanur kənddən heç vaxt ayrılmayan 74 yaşlı nənəsi Rənanın müşayiəti ilə keçmişin izlərini tapmağa başlayır. İki qadının söhbətləri zamanı keçmişlə bağlı bəzi xatirələr üzə çıxır. Ailəsindəki qadınlarla Avey dağı arasındakı doğmalığın, məhrəmliyin gözəgörünməz tellərlə bir-birinə bağlandığını dərk edən Atanur, bu həqiqət işığında öz yolunu müəyyənləşdirməyə çalışır.

Atanur Nəbiyevanın bu film-layihəsi GoEast film festivalı çərçivəsində keçirilən East West Talent Lab-da iştirak edib və Sarajevo Talents proqramında Cinelink mükafatını qazanıb. Həmçinin o, B2B Doc Scouting Days (2023), CHANGE Co-Production Training Course (2023–2024), Docs Barcelona – Speed Meetings (2024) və Cinedoc Tbilisi – Film Mentoring Program (2024) kimi təlim və vörkşopların da iştirakçısı olub.

Xronometrajı 80 dəqiqə olan filmin prodüseri Durna Səfərovadır.

Əlaqədar Yazılar