Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin keçirdiyi “Film istehsalına dəstək” müsabiqəsinin qaliblərindən olan “Nargin. Sona qədər sirli” sənədli-bədii filminin treylerini təqdim edirik.
ARKA-nın maliyə dəstəyi ilə “Karvan production” şirkəti tərəfindən istehsal olunan film həm də Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Türkiyə Müəllif Hüquqları Baş İdarəsi, Yerli Düşüncə Dərnəyi və İctimai TV tərəfindən də dəstək alıb. Filmin yaxın vaxtlarda təqdimatı keçiriləcək.
Film 1915-1917-ci illərdə Bakının Nargin adasında Çar Rusiyası tərəfindən saxlanılan Türk əsirlərin həyatından və onların azərbaycanlı Sona Hacıyeva tərəfindən xilas edilməsindən bəhs edir. Qeyd edək ki, “Nargin. Sona qədər sirli” Türkiyə-Azərbaycan ortaq tarixindən bəhs edən ilk bədii-sənədli müştərək filmdir.
Filmin ssenari müəllifi və rejissoru Xəyyam Abdullazadə, prodüseri Elməddin Alıyev, koprodüser Mətin Gündoğdu, quruluşçu operatoru Aleksey Malinkoviçdir.